Ruhani: İranlıların iğtişaşçılar qarşısındakı birliyi düşmənlər qarşısında növbəti uğur idi
İran İslam Respublikası prezidenti ölkədə cərəyan edən son hadisələrə işarə edərək, deyib: Xalqın agah və həvəslə yekdil şəkildə iğtişaşçılara qarşı çıxması, bütün siyasi-ictimai habelə, etnik və məzhəbi qrupların düşmən qarşısında vahid cəbhədə yer alması İslam Respublikası quruluşu üçün növbəti uğur idi.
Həsən Ruhani çərşənbə axşamı Mədəni İnqilab Ali Şurasının iclasında son hadisələrin mədəni və ictimai köklərinə aydınlıq gətirilməsini habelə, rəsmilərin xalqın tələbləri qarşısında cavabdeh olmasını bir zərurət adlandırıb və deyib: Xalqın, universitet əhlinin və müxtəlif təbəqədən olan insanların ayıqlığı sübut etdi ki, mövcud problemlərə baxmayaraq, İran xalqı əks-inqilabçı qüvvələr və düşmənlərin sui-istifadələri və təxribatçı hərəkətləri qarşısında dayanıb.
İran prezidenti hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın və könüllü xalq qüvvələri olan Bəsic qüvvələrinin son hadisələrlə qarşılaşmadakı ayıqlığını alqışlayaraq, onların öz vəzifələrinin öhdəsindən yaxşı gəldiklərini deyib.