İranın neft və qaz ehtiyatlarından 27 faizlik payı
https://azeri.sahartv.ir/news/İran-i293207-İranın_neft_və_qaz_ehtiyatlarından_27_faizlik_payı
İranın neft nazirinin mühəndislik, tədqiqat və texnologiya üzrə müavini deyib: İran bütövlükdə neft və qaz ehtiyatlarının 27 faizinə malik olduğuna görə, dünyada enerji istehsalında diqqətəlayiq paya malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2018 08:42 Asia/Baku
  • İranın neft və qaz ehtiyatlarından 27 faizlik payı
    İranın neft və qaz ehtiyatlarından 27 faizlik payı

İranın neft nazirinin mühəndislik, tədqiqat və texnologiya üzrə müavini deyib: İran bütövlükdə neft və qaz ehtiyatlarının 27 faizinə malik olduğuna görə, dünyada enerji istehsalında diqqətəlayiq paya malikdir.

İranın neft nazirinin mühəndislik, tədqiqat və texnologiya üzrə müavini Həbibullah Bitərəf dünən axşam İranın Kiş şəhərində neft və enerji üzrə on dördüncü beynəlxalq sərginin açılış mərasimində qeyd edib ki, dünyanın neft ehtiyatlarının doqquz və təbii qaz ehtiyatlarının on səkkiz faizi İranın ixtiyarındadır.

Bitərəf eyni zamanda deyib: Xam neft hasilatı və ehtiyatlar payına görə, dünyanın neft və qaz hasilatından daha çox pay, İranın ixtiyarında olmalıdır.

Onun sözlərinə görə, İranın qaz ehtiyatları payı on səkkiz faizdir, amma hər il dünya qazının təqribən beş faizini istehsal edir.