Yan 24, 2018 22:09 Asia/Baku
  • İranın şərqində və qərbində 2 partlayıcı yük aşkar edilib

İranın təhlükəsizlik naziri ölkənin şərqi və qərbində təhlükəsizlik qüvvələrinin səyi ilə 2 partlayıcı yükün aşkar edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, İranın təhlükəsizlik naziri çərşənbə günü bildirib: Təhlükəsizlik qüvvələri partlayıcı maddələr, bombalar və əlaqədar sursatdan ibarət olan 2 böyük partlayıcı yükü müəyyənləşdirərək, zərərsizləşdiriblər.

Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, bu partlayıcı maddələr ictimai məkanlarda terror aktlarının törədilməsi məqsədi ilə ölkəyə daxil edilibmiş.

Bu məlumata görə, ilk əməliyyat zamanı partlayışa tam hazır vəziyyətdə olan 23 ədəd bomba aşkar edilərək, zərərsizləşdirilib. Uzaqdan idarəetmə sisteminə malik olan bu bombalar İranın şərqinidə terror aktlarının törədilməsi və gərginliyin yaradılması məqsədi ilə Ərəbistanın kəşfiyyat xidməti tərəfindən hazırlanmış plan əsasında İrana gətirilibmiş.

İkinci əməliyyatda isə İranın təhlükəsizlik qüvvələri Kürdüstan Ostanında terrorçu qruplaşmalara qarşı mübarizənin davamında bir neçə bombanın hazırlanması üçün lazım olan təchizatlar o cümlədən TNT və C4 partlayıcı maddələri, partlayıcı pistonları və 150 elektron pistona malik olan yükü aşkar edərək, ələ keçirib.

Bu terrorçu qruplaşma İraq Kürdüstanından İran ərazisinə daxil olubmuş Bu qruplaşma İranda terror əməliyyatları həyata keçirməyi planlaşdırırmış.

Bu terror qruplaşmasının üzvlərinin üzərindən 41 əl qumbarası, 4 kalaşnikov avtomatı və 31 patron darağı aşkar edilərk, götürülüb.

2017-ci ilin dekabr ayınınsonlarında Amerika, Ərəbistan və İsrail rejimi İranın bəzi şəhərlərində keçirilən xalq etirazlarından sui-istifadə edərək, qarşıdurma və gərginlik  yaratmağa çalışıblar.

Teqlər