Mahmud Vaizi: Nüvə müzakirələri işi heç bir vəchlə yenidən açılmayacaq
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi deyib: İran və 5+1 qrupu arasındakı nüvə müzakirələri bitmiş bir işdir və onun yenidən açılması heç bir vəchlə mümkün olmayacaq.
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi çərşənbə günü Nazirlər Kabinetinin iclasından sonra jurnalistlər qarşısında Avropa və Amerikanın nüvə müzakirələrini yenidən araşdırmaq məqsədi ilə işçi qrupu təsis etmələrinə reaksiya olaraq deyib: Nüvə müzakirələri işi heç bir vəchlə yenidən açılmayacaq və bu mövqe İranın siyasi quruluşu, hökuməti və nazirlər kabinetinin vahid mövqeyidir.
Vaizi əlavə edib: İran Rusiya, Çin və Avropa ölkələri xüsusilə də Avropa Troykası ilə müzakiələr aparıb. Və onlar da nüvə anlaşmasını qoruyacaqlarını qəbul ediblər.
İranın Prezident Administrasiyasının başçısı həmçinin, Fransa rəsmilərinin İranın raket proqramı ilə bağlı müzakirələr haqdakı iddialarına gəlincə deyib: İranın müdafiə qüdrəti müzakirəyə açıq deyil.
Vaizi deyib: Heç şübhəsiz İran İslam Respublikası öz müdafiə qüdrəti xüsusilə də raket potensialı barədə heç bir ölkə ilə müzakirə etmir.
Amerikalılar və onların müttəfiqləri iddia edirlər ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur. Amma, Avropa Bİrliyinin xarici siyasət üzrə ali nümayəndəsinin sözçüsü Nabila Massrali İranın raket sınaqlarının BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olmadığını vurğulayıb.