Yan 26, 2018 09:24 Asia/Baku
  • İranın neft nazirinin müavini: Xarici şirkətlərlə 28 yeni neft müqaviləsi yekunlaşacaq
    İranın neft nazirinin müavini: Xarici şirkətlərlə 28 yeni neft müqaviləsi yekunlaşacaq

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini yaxın 3-4 ay ərzində xarici şirkətlərlə neft və qaz yataqlarının inkişafı üzrə 28 yeni müqavilənin yekunlaşacağını bildirib.

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Zəmaninyia Röyters agentliyi ilə müsahibədə bildirib ki, İran Yaponiya, Çin, Rusiya və Avropa şirkətləri daxil olmaqla xarici şirkətlərlə 28 neft müqaviləsinin bağlanması üzrə danışıqlar aparır.

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini 2018-ci ilin mart ayına qədər neft yataqları layihələri üzrə 10 müqavilənin yekunlaşacağına ümid etdiyini bildirib.

Teqlər