İran C.Koreyanın dövləti və xalqının kədərinə şərik olub
Yan 26, 2018 20:39 Asia/Baku
-
İran C.Koreyanın dövləti və xalqının kədərinə şərik olub
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün axşam onlarla yaşlının və xəstənin həyatını itirməsi və yaralanması ilə nəticələnmiş Cənubi Koreya xəstəxanalarının birində baş vermiş yanğın hadisəsindən dərin təəssüf ifadə edərək, həlak olanların ailələri və bu ölkənin xalqının kədərinə şərik olub.
Bu gün səhər tezdən Cənubi Koreyanın Miryanq şəhərindəki Seconq xəstəxanasının təcili yardım bölməsində yanğın nəticəsində azı 37 xəstə ölüb, 125 nəfər də yaralanıbdır.