İraqçı: Qüds islam dünyasının əsil paytaxtıdır
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Mütləq şəkildə Qüds-Şərif islam dünyasının əsil paytaxtıdır və islam ümmətinin qoynuna qayıdacaq.
İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı çərşənbə günü Tehranda "Qüds, Dinlərin Sülh Paytaxtı" beynəlxalq konfransında Qüdsün dünya müsəlmanlarının ilk qibləsi olduğunu bildirərək əlavə edib: Qüds-Şərif islam dünyasının əsil məsələsi olaraq həmişə diqqət mərkəzində durmalıdır.
İran xarici işlər nazirinin müavini həmçini ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsini qınayıb və deyib: İran İslam Respublikası Trampın məntiqsiz hərəkətinin pislənilməsini vurğulayır, Qüds haqda istənilən dəyişikliyə qarşıdır və onunla mübarizə aparacaq.
"Qüds, Dinlərin Sülh Paytaxtı" beynəlxalq konfransı, İranın rəsmi dinlərinin rəhbərləri, Tehran, Dinlər və Məzhəblər, Camiətül-Müstafa Universitetləri, Qum Dini Elmlər Mərkəzi, İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyası, Əhli-Beyt (ə) Beynəlxalq Assambleyası, Fələstin üzrə bəzi aktiv qurumlar, media nümayəndələri, o cümlədən İslam Radio-Televiziyalar Birliyi və İran İslam Respublikası Radio-Televiziya Təşkilatının əməkdaşlığı ilə keçirilir.