Fev 07, 2018 14:08 Asia/Baku
  • Xoşru: Ölkələrin TŞ-dən bir vasitə kimi istifadə etməsi onun etibarını zədələyir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Bəzi ölkələrin öz milli və siyasi məqsədlərinə çatmaq üçün Təhlükəsizlik Şurasından bir vasitə olaraq istifadə etməsi bu şuranın etibarını zədələyən mühüm amillərdən biridir.

İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru çərşənbə axşamı BMT Baş Assambleyasının Təhlükəsizlik Şurası ilə bağlı ümumi iclasında deyib: Beynəlxalq ictimaiyyətin beynəlxalq sülh və təhlükəsizlik ilə bağlı ciddi və böyük böhranlar ilə üz-üzə olduğu bir vaxtda Təhlükəsizlik Şurasının iş proqramının və fəaliyyət formasının müəyyən edilməsi son dərəcə böyük əhəmiyyət kəsb edir. 

Xoşru həmçinin deyib: Təhlükəsizlik Şurası demokratik, şəffaf və cavabdeh bir şuranın formalaşdırılmasına kömək etməlidir. Bütün bunlar BMT-nin nizamnaməsində xüsusi vurğu ilə qeyd olunan məsələlərdir və Təhlükəsizlik Şurası öz iş metodlarında bunlara əməl etməlidir. 

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: Bəzi ölkələrin Təhlükəsizlik Şurasından bir vasitə kimi istifdə etmələri bu şuranın etibarına zərbə vurur və ABŞ-ın hazırkı hökumətinin bu uğursuz rəftarı ağına-bozuna baxmadan davam etdirməkdə olduğu müşahidə edilməkdədir. 

Teqlər