Fev 11, 2018 14:14 Asia/Baku
  • 22 bəhmən yürüşünün qətnaməsi: Cinayətkar Amerikaya qəzəb və nifrət

22 bəhmən yürüşündə iştirak edən İran xalqı, ABŞ-ın pislikləri qarşısında öz qəzəb və nifrətini bəyan edərək, "Böyük Şeytanın" nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməməsini pisləyib və bildirib: Cinayətkar Amerika hələ də İran xalqının bir nömrəli düşmənidir.

İran xalqı bazar günü 22 bəhmən yürüşünün sonunda bir qətnamə qəbul edərək, bildirib: Bəzi Avropa rəsmilərinin ABŞ-ın İran əleyhinə hegemonçu siyasətlərinin yanında yer alması qəbuledilməzdir.

İran xalqı həmçinin bu qətnamədə İslam Respublikası quruluşunun bütün məsul şəxslərindən ABŞ və tərəfdarlarının İrana qarşı sanksiyaları və təxribatlarına münasib formada və qətiyyətli şəkildə cavab vermələrini, milli maraqları və İran xalqının haqlarını müdafiə etmələrini istəyib.

22 bəhmən  yürüşü iştirakçıları bir daha iranlı gənclərin elm və texnologiyalar sahəsindəki nailiyyətlərini dəstəkləyərək, ölkənin raket və müdafiə qüdrətinin artırılmasını vurğulayıblar.

22bəhmən yürüşünün yekun qətnaməsində həmçinin deyilir: İran İslam Respublikasının nailiyyətləri hər zaman olduğundan daha artıq bəşəriyyət üçün nicat simvoludur.

Bu qətnamədə həmçinin, İran xalqının İslam dünyasının birliyi və həmrəyliyini dəstəklədiyi, Fələstin başda olmaqla islamçı və azadlıqsevər hərəkatları himayə etdiyi öz əksini tapıb. Qətnamədə deyilir: Cinayətkar Amerikanın Qüdsü qondarma və uşaq qatili olan rejimin paytaxtı olaraq tanıması habelə, Ali Səudun Yəməndə insanları vəhşicəsinə qırğın etməsi məhkum edilir.

İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü yürüşü bazar günü səhər yerli vaxtla saat 9-da İranın mindən çox şəhər və qəsəbəsində keçirilib.

Teqlər