Fev 15, 2018 15:23 Asia/Baku
  • General Süleymani: İmad Muğniyənin qisası sionist rejimin məhvidir
    General Süleymani: İmad Muğniyənin qisası sionist rejimin məhvidir

İslam İnqilabı Keşikçilər Korpusu Qüds Qüvvələri komandanı deyib: İmad Muğniyənin qanının qisası raket atmaq və bir nəfəri öldürmək deyil. Fələstin, Livan və İranda sionist İsrailin məkrli planları ilə şəhid olan İmadların qanının qisası uşaq qatili sionist rejimin məhv edilməsidir.

Livan Hizbullahının hərbi komandanlarından İmad Muğniyə kimi tanınan Hacı Rizvan 12 fevral 2008-ci ildə Suriyanın Dəməşq şəhərində sionist rejimin casusluq xidmətinin təşkil etdiyi terror əməliyyatı nəticəsində şəhid edildi.

General Qasim Süleymani Tehranda şəhid İmad Muğniyənin şəhid olmasının onilliyi ilə əlaqədar keçirilən mərasimdə deyib: Hazırda Qəzzə və Livan İsrail rejimi üçün daimi iztirabın yarandığı bölgələrdir. Fələstindən atılan hər bir raketdə İmad Muğniyənin barmaq izini görmək olar.

Qüds Qüvvələri komandanı bildirib: İmad Muğniyə fələstinli qrupları müqavimət mərkəzi ilə birləşdirdi, HƏMAS-ı gücləndirdi və Xalq Cəbhəsini Fələstinin azadlığı üçün aktivləşdirdi, bu təfəkkürlə Qəzzəni alınmaz qalaya çevirdi.

General Süleymani xatırladıb: Sionist rejimin hərəkətləri bu rejimin davamlı olmamağının nişanəsidir və hazırda sionist rejimin qorxusu, çabalaması və axmaqcasına hücumları düşmənin son səylərini əks etdirir.

O bildirib: İmad Muğniyə və Livan və İraqın digər şəhidlərinin yolu davam edəcək və hər gün islam dünyasının başıucalığı artacaqdır.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds Qüvvələri komandanı həmçinin deyib: Şəhid İmad Muğniyənin adı düşmənlər üçün qorxu, dostlar üçün ümid mənbəyidir. Müqavimət əfsanəsinin şəhadəti dünyanın təəccüblənməsinə və islam dünyasında matəmi yaratdı.

Teqlər