Volqada İran bazarının yaradılması ideyası
-
Volqada İran bazarının yaradılması ideyası
Rusiyalı ekspertlərin qənaətincə, Volqa bölgəsi İranın Avrasiya İqtisadi Birliyinə daxil olmasına şərait yaradır.
Rusiya Gözətçisi xəbər təhlili portalının məlumatına görə, Rusiyanın Saratov Sənaye və Ticarət Palatası "Avrasiya İqtisadi Birliyində regionlararası iştirak: İranla əməkdaşlıq" mövzusunda ekspert iclası keçirib.
Saratov Sənaye və Ticarət Palatasının sədri Aleksey Antonov deyib: İran Avrasiya İqtisasdi Birliyi çərçivəsində regionlararası iştirak üçün çox önəmli bazar və önəmli şərikdir.
Avrasiya İdeyalar İnstitutunun Ekspert Şurasının sədri və ekspert iclasının rəhbəri Qriqori Trafimçok da deyib: İranın Ticarət Palatası və Volqa Ticarət Evi İran və Volqa arasında iqtisadi və ticarət əlaqələrinin qurulması üçün yetərli ideoloji, siyasi və ictimai referansların toplanması imkanına malikdir.
Avrasiya-Volqa Araşdırma Mərkəzinin direktoru Marina Lapenko Saratov və İranın ən önəmli əməkdaşlıq məqsədini iki dövlətin nümayəndələri və iş adamlarının müzakirələr aparması üçün münasib şəraitin yaradılması adlandırıb.
Saratov əyalətinin rəhbəri İvan Babuşkin region ixaracatının potensiallarının artırılması perspektivlərinə toxunaraq Avrasiya İqtisadi Birliyi və İran arasında əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətini qeyd edib.