Mart 09, 2018 19:55 Asia/Baku
  • İran Kabildə törədilən terror aktını qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror aktını qınayaraq, Əfqanıstan hökuməti, xalqı və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.

Bu gün cümə Əfqanıstanın paytaxtı Kabil şəhərinin Dəşte Barçi məntəqəsinə edilən terror hücumnda 7 nəfər həyatını itirib, bir qrup insan da yaralanıb.

İŞİD terror qruplaşması bu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Teqlər