Mart 19, 2018 19:27 Asia/Baku
  • Zərif Qərbin İranın raket qüdrətinə münasibətini tənqid edib
    Zərif Qərbin İranın raket qüdrətinə münasibətini tənqid edib

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın və üç Avropa ölkəsinin İranın raket qüdrətinə münasibətlərini "ağ yalan" adlandırıb.

Məhəmməd Cavad Zərif bu gün öz twitter səhifəsində Amerikanın və üç Avropa ölkəsinin silah istehsalçıları tərəfindən bəzi region ölkələrinə olan müştəri xidmətlərini açıqlayaraq, yazıb: Bizim silahları alın və bizim dövlətlərimiz satışdan sonrakı xidmətləri öz müdafiə vasitələrini kənara qoyması üçün sizin qonşunuza təzyiq göstərmək yolu ilə göstərəcəklər.

İran İslam Respublikasının xarici işlər naziri deyib: Regiona yüz milyonlarla dollar silahın axıdılması ilə bir zamanda İranın müdafiə və raket proqramından şikayət, üç Avropa ölkəsi ilə Amerikanın "ağ yalan" tamaşasıdır.

Almaniya, Fransa və İngiltərə Amerika prezidenti Donald Trampı İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasında qalmağa təşviq etmək iddiası ilə Avropa Birliyinə təklif ediblər, İrana qarşı yeni sanksiyalar tətbiq etsin ki, ona əsasən, İranın raket proqramında və Tehranın Suriyadakı fəaliyyətlərində iştirakları olan şəxslər hədəfə alınmış olsunlar.

Almaniya, Fransa, İngiltərə və Amerika iddia edirlər ki, İranın raket proqramı region üçün bir təhdiddir. Onlar bu iddia ilə bəzi region ölkələrinə öz silahlarını satmalarını əsaslandırmağa çalışırlar.

Teqlər