Mart 24, 2018 08:54 Asia/Baku
  • Qasimi: Amerika sanksiya metodundan fayda görməyəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər Amerikanın İranda fəaliyyət göstərən 10 fərd və şirkətə sanksiya tətbiq etməsini pisləyərək bildirib ki, ABŞ dövləti İranın elmi inkişafının qarşısını almaq üçün sanksiya metodundan fayda görməyəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhram Qasimi ABŞ dövlətinin bu hərəkətinin onun İran xalqı ilə düşmənçiliyinin baric göstəricisi olduğunu bildirib. 

Amerikanın Xəzinədarlıq Nazirliyi dünən İİR-ə qarşı düşmənçiliklərinin davamında 10 iranlı şəxs və iranda fəaliyyət göstərən şirkətə sanksiya tətbiq edib. 

Amerikanın Xəzinədarlıq Nazirliyi bir bəyanatda sözü gedən 10 fərd və şirkəti Amerika universitetlərindən məlumat və ideya malikiyyətini oğurlamaqda ittiham edib. 

Öncə də Amerika dəfələrlə müxtəlif bəhanələrlə iranlı şəxslər, alimlər və şirkətlərə sanksiyalar tətbiq etmişdi. 

Amerikada Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqton iranlılara qarşı düşmən siyasətlərinin daha da artırıb. 

2017-ci il 11 iyunda Amerika iranlı xərçəngşünas alim və həkim Möhsün Dehnəvini, həyat holdaşı və 3 uşağı o cümlədən 7 aylıq körpəsi ilə birlikdə Voston şəhəri hava limanında 30 saat müddətində həbs etmişdi. İnsan haqları meyarlarına zidd olan bu hərəkətdən sonra, Boston uşaq xəstəxanasında fəaliyyətə dəvətli olan Möhsün Dehnəvi İrana qayıtmalı oldu. 

ABŞ-ın keçmiş dövlət katibi Con Keri bu hadisədən sonra sosial şəbəkələrdə belə yazdı: Başqalarının həyatını xilas ütmək üçün Amerikaya gələn bir həkimin belə bir hadisə ilə üzləşməsi ürək ağrıdıcı hadisədir. 

Teqlər