İraqçi: ƏTMP-nin əngəllənməsi ağır nəticələrə gətirib çıxaracaq
-
İraqçi: ƏTMP-nin əngəllənməsi ağır nəticələrə gətirib çıxaracaq
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı təhlükəsizlik razılaşmasıdır və region və dünya təhlükəsizliyi ilə birbaşa əlaqədədir, məhz buna görə də bu razılaşmaya qarşı hərhansı əngəl törədilərsə bütün beynəlxalq ictimaiyyət üçün ağır nəticələrə gətirib çıxaracaq.
İSNA-nın verdiyi məlumata görə, İranın xarici işlər nazirinin müavini deyib: ABŞ prezidenti Donald Tramp bir ildən çoxdur ƏMTP-ni məhv etməyə yaxun onda dəyişiklik etməyə çalışır ancaq bu sahədə nakam qalıb.
Seyid Abbas İraqçi deyib: Beynəlxalq ictimaiyyət və hətta Amerikanın müttəfiqləri və avropalılar bu metoda qarşıdırlar və BMT Təhlükəsizlik Şurasının ƏMTP-nı da əhatə edən qətnaməsi Trampı həyata keçirmək istədiyi niyyətindən çəkindirir. Gələcəkdə Trampın ƏMTP-dən çıxmağa nail ola biləcəyi və onun hansı nəticələrə gətirib çıxaracağı məsələsi gələn aylarla əlaqədar məsələdir.
İraqçi ƏMTP-dən çıxmağın mütləq Amerika, Avropa və qərb ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını onların dünya səviyyəsində bütün etibarlarını itirəcəklərini bildirərək deyib: Onlar müzakirə edir və razılığa gəldikdə, razılığın qarşı tərəfi öz bütün öhdəliklərinə sadiq qaldıqda, onlar isə öz öhdəliklərini pozduqda öz hərəkətlərinin məsuliyyətini qəbul etməlidirlər, regionumuz çox böhranlı regiondur.