Zərif: Qəzzədə törədilən qanlı cinayət rüsvayçılıqdır
https://azeri.sahartv.ir/news/İran-i300318-zərif_qəzzədə_törədilən_qanlı_cinayət_rüsvayçılıqdır
İran İslam Respublikasının xarici işlər naziri Qəzzədəki qanlı olayları utandırıcı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 04:31 Asia/Baku
  • Zərif: Qəzzədə törədilən qanlı cinayət rüsvayçılıqdır
    Zərif: Qəzzədə törədilən qanlı cinayət rüsvayçılıqdır

İran İslam Respublikasının xarici işlər naziri Qəzzədəki qanlı olayları utandırıcı adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Qəzzədə baş verən hadisələrə işarə edərək, öz Tvitter hesabına paylaşdığı yazıda bildirib: Həzrət Musanın(ə) və xalqının zülm və zorakılıqdan xilas olmasını xatırladan mübarək bayramın axşamında, zalım sionistlər ölkələri əllərindən alınmış fələstinlilərin üzləşdikləri əsirlikdən və amansız durumdan xilas olmaq üçün təşkil etdikləri sülhsevər yürüşə hücum edərək, onları amansız şəkildə qətlə yetiriblər. Bu rüsvayçılıqdır. 

Fələstinlilərin 30 mart "Torpaq günü" münasibəti ilə Qəzzədə təşkil etdiyi on minlik yürüş zamanı İsrail hərbçiləri qəsdən fələstinlilərə doğru atəş açaraq, əsasən yaşı 16-ya çatmayan 15 yeniyetməni şəhid edib, 1500-ə yaxın insanı da yaralayıblar. 

Fələstinlilərin "Qayıdış Haqqı" yürüşü tamamilə dinc və sülhsevər bir yürüşü olub.