Apr 06, 2018 08:49 Asia/Baku
  • Zərif: Fələstin həmişə Qoşulmama Hərəkatına üzv ölkələrin iş gündəmində önəmli məsələ olub

İran xarici işlər naziri deyib: Öz müqəddəratını təyin etmək olan bir xalqın əsaslı hüququnun təhlükə ilə üzləşdiyinə görə, Fələstin həmişə Qoşulmama Hərəkatına üzv ölkələrin iş gündəmində önəmli məsələ olub.

İRİB-in məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Qoşulmama Hərəkatının nazirlik komitəsinin iclasında hərəkatın təsis olunduğu vaxtdan Fələstin məsələsini vurğuladığını bildirərək deyib: Fələstinliləri öz müqəddəratını təyinetmə hüququndan məhrum edən işğalçı İsrail rejimi ötən yeddi dekadada Fələstin xalqına qarşı geniş və uzun sürən cinayətlərin mənşəyi olmuşdur.

Sionistlərlə dostluqda bəzi regional dövlətlərin dardüşüncəli siyasətlərinin bu aparteid rejimi və onun hamilərini öz cinayətlərində daha da cəsarətli etdiyini deyən Zərif əlavə edib: Sionist rejimi dəstəkləyənlər fələstinlilərin qanının tökülməsində İsrailin cinayətinə şərikdirlər. 

İran xarici işlər naziri Qəzzədə fələstinlilər, o cümlədən qadın və uşaqların dinc etiraz aksiyasının repressiya və fələstinlilərin qırğın edilməsi ilə bağlı son hadisələri sionist rejimin yeddi dekadalıq vəhşicəsinə hərəkətləri zəncirinin bir halqası adlandırıb və deyib: Heç şübhəsiz bu hücumlar və vəhşicəsinə qırğınlar öncədən hazırlanmış və qəsdən törədilmiş plandır. 

ABŞ-ın yeni hökumətinin birtərəfli hərəkətləri və siyasətləri, xüsusilə də Qüds-Şərifi qeyri-qanuni şəkildə İsrailin paytaxı və ABŞ səfirliyinin bu şəhərə köçürülməsini elan etməsinin bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb olduğunu deyən Zərif bildirib: Bu hərəkətlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquqa ziddir və Birləşmiş Ştatların bu məsələnin həllində heç vaxt tərəfsiz vasitəçiliyi olmadığını göstərir. 

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclası 120 üzv ölkə, 17 müşahidəçi ölkə, 10 beynəlxalq təşkilatın 800 nümayəndəsinin iştirakı ilə cümə axşamı günü Bakıda işə başlayıb. İclasın mövzusu davamlı inkişafa nail olmaq üçün beynəlxalq sülh və təhlükəsizliyin genişləndirilməsidir. İclas cümə günü öz işinə yekun vuracaq. 

Teqlər