İran və Rusiya arasında əməkdaşlıq barədə memorandum imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i301312-İran_və_rusiya_arasında_əməkdaşlıq_barədə_memorandum_imzalanıb
İran İslam Şurası Məclisinin sədri və Rusiya Dumasının sədri Tehranda parlament əməkdaşlığı barədə anlaşma sənədi imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2018 14:36 Asia/Baku
  • İran və Rusiya arasında əməkdaşlıq barədə memorandum imzalanıb
    İran və Rusiya arasında əməkdaşlıq barədə memorandum imzalanıb

İran İslam Şurası Məclisinin sədri və Rusiya Dumasının sədri Tehranda parlament əməkdaşlığı barədə anlaşma sənədi imzalayıblar.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda Rusiya Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdə deyib: İran və Rusiya parlamentlərində təşkil olunacaq müştərək komitə vasitəsilə narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə və davamlı təhlükəsizliyin yaradılması üçün siyasi məşvərətlər və ticarət əməkdaşlıqlarından ötrü parlament həmkarlıqlarının genişləndirilməsi zəruridir.

Laricani əlavə edib: Əlaqələr səviyyəsinin yüksəldilməsi məqsədilə İran və Rusiyanın mühüm iqtisadi layihələri araşdırılmalıdır və bu həmkarlıqlar Rusiyaya yaxın olan İranın Gülüstan, Mazandaran və Gilan kimi şimal vilayətləri xüsusiyyət təşkil etməklə vilayət layihələrinə və böyük milli layihələrə şamil ola bilər.

Rusiya Dumasının sədri Vyaçeslav Volodin də bu görüşdə Tehran-Moskva əlaqələrini fəal əlaqələr adlandırıb və belə söyləyib: Müştərək mexanizmin yaradılması ilə tərəflərin narkotik maddələr və terrorizmlə mübarizə üçün daha yaxşı dərkinə kömək etmək olar.

Volodin İran və Rusiyanın ən əsas hədəfini iqtisadi əlaqələrin inkişafı adlandırıb və belə əlavə edib: İran və Rusiya vilayətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi haqda müzakirələr aparılmalıdır.

Tehrana səfər etmiş Rusiya Dumasının sədri Vyaçeslav Volodin İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşməlidir.