Laricani: İranın Avrasiya ilə danışıqları nəticə veribdir
-
Laricani: İranın Avrasiya ilə danışıqları nəticə veribdir
İran İslam Şurası Məclisinin sədri bildirib ki, İranın Avrasiya iqtisadi birliyi ilə bu birliyə qoşulmaq üzrə danışıqları təqribən nəticə verib. O deyib ki, bu məsələ ehtimal üzrə qarşıdakı aylarda həyata keçəcəkdir.
Əli Laricani bu gün Tehranda keçirilən İran-Rusiya ticarət toplantısında deyib: Rusiya Dumasının sədri Vyaçeslav Volodin İran-Rusiya ticarət əlaqələrinin artmasının ardınca olub və iki ölkənin özəl sektorları arasındakı ticarət əlaqələrinin inkişafına maraqlıdır.
İran İslam Şurası Məclisinin sədri deyib: İran-Rusiya müzakirələrinin ardınca neft və qaz, dəmiryolu nəqliyyatı və sənaye sahələrində investisiyalar həyata keçirilib və yaxşı irəliləyişlər əldə olunubdur.
Laricani təklif edib ki, İran-Rusiya ticarət otağı iki ölkənin parlament həmkarlığından istifadə edərək, mövcud problemləri aradan qaldırsın.
İran İslam Şurası Məclisinin sədri belə qeyd edib: Tehran-Moskva əlaqələri sahəsində digər mühüm bəhslər mövcuddur ki, nəticəyə çatmaq üçün ruslarla müzakirə olunmalıdır.
Laricani həmçinin İran-Rusiya ticarət konfransından sonra müxbirlər qarşısında deyib ki, İran və Rusiyanın iradəsi iki ölkənin ticarət əlaqələrinin genişlənməsinə köklənibdir.
İran-Rusiya ticarət konfransı bu gün İran İslam Şurası Məclisinin sədri, Rusiya Dumasının sədri və üç yüzdən çox iranlı və rus iş adamının iştirakı ilə Tehranda işə başlayıb.