İraqçı: ABŞ təklikdə nüvə anlaşması haqda qərar verə bilməz
https://azeri.sahartv.ir/news/İran-i301442-İraqçı_abŞ_təklikdə_nüvə_anlaşması_haqda_qərar_verə_bilməz
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Nüvə anlaşması ABŞ üçün deyil ki, istədiyi hər bir qərarı versin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2018 13:27 Asia/Baku
  • İraqçı: ABŞ təklikdə nüvə anlaşması haqda qərar verə bilməz
    İraqçı: ABŞ təklikdə nüvə anlaşması haqda qərar verə bilməz

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Nüvə anlaşması ABŞ üçün deyil ki, istədiyi hər bir qərarı versin.

İSNA-nın məlumatına görə, Seyid Abbas İraqçı nüvə anlaşmasının beynəlxalq ictimaiyyətə və müzakirə aparan bütün ölkələrə aid olduğunu bəyan edərək deyib: Nüvə anlaşması önəmli bir razılaşmadır və Rusiya onun güclü tərəflərindən biridir. 

Russia Today televiziyasına müsahibə verən İran xarici işlər nazirinin müavini deyib: Rusiya İranla nüvə müzakirələrində əsas tərəflərdən biri idi və nüvə anlaşmasının İrana aid olduğu qədər Rusiyaya və 5+1 qrupunun qalan üzvlərinə aiddir. 

İraqçı həmçinin Suriya olaylarına da münasibət bildirib: Sionist rejim regionda gərginliyi artırmaq ardıncadır. Bütün qarşıdurma tərəfləri bu məsələ haqda çox diqqətli olmalıdırlar.