Apr 13, 2018 10:10 Asia/Baku
  • İran dördtərəfli ərəb komitəsinin bəyanatını rədd edib
    İran dördtərəfli ərəb komitəsinin bəyanatını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün dördtərəfli ərəb komitəsinin bəyanatını rədd edərək, ərəb liqasının baş katibinin iştirakı ilə keçirilmiş bu komitənin iclasının bəyanatında qeyd olunan bütün halları yalan və əsassız hallar adlandırıbdır.

Ərəb liqasının xarici işlər nazirləri Ərriyad iclasının dünən gecə qəbul edilmiş yekun bəyanatında iddia ediblər ki, İran ərəb ölkələrinin daxili işlərinə qarışır və bu hərəkət region sülhü və təhlükəsizliyini hədələyir.

Ərəb liqasının xarici işlər nazirləri həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Böyük Tonb, Kiçik Tonb və Əbu-Musa kimi üçlü İran adalarının mülkiyyəti barədəki iddiasını təkrar və Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə atacağı hər bir addımı himayə ediblər.

İran Xarici İşlər Nazirliyinin ümumi diplomatiya və media mərkəzinin bildirdiyinə görə, Bəhram Qasemi ərəb liqası sammitinin hazırlıq iclaslarının kənarında keçirilən "dördtərəfli ərəb nazirlər komitəsinin səkkizinci iclası"nın bəyanatında qeyd olunan ittihamları qəti şəkildə rədd edərək, bu ittihamları illüziyadan irəli gələn puç və əsassız ittiahmlar adlandırıb və bildirib ki, bu prosesin davam etməsi regionu əvvəlkindən daha çox sabitliyə və asayişə çatmaqdan uzaqlaşdıracaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu bəyanatdakı bəzi qeyri-düzgün və istiqamətləndirici təfəkkürlərin dağıdıcı və düşmənçilik münasibətlərinin əsas götürülməsinə işarə edərək, bəzi ölkələrin hələ də məlumatsızlıq üzündən özlərinin İran İslam Respublikası qarşısındakı düşmənçilik mövqelərinin, pozucu və yanlış hərəkətlərinin davam etməsinə israr etmələri və İslam ümmətinin əsas və müştərək düşmənini unutmalarından təəssüf ifadə edibdir.

Qasemi ümid etdiyini bildiribdir ki, qarşıdakı bir neçə gün ərzində keçirilməsi planlaşdırılmış ərəb liqasının sammiti çoxtərəfli standartlardan kənar şəkildə regionda sabitliyin əsas və təsirli amillərinin tanınması istiqamətində, hazırkı böhranların səbəblərini dərindən və dəqiq şəkildə tanıya, həmçinin ərəb və islami ölkələrin inteqrasiyası istiqamətində regionun siyasi tarixinə söykənən reallıqla addım ata biləcək.

Qeyd olunan sammit aprelin 15-də Ərriyadda keçiriləcəkdir.

Teqlər