İran Kabildə baş verən terror aktını pisləyib
https://azeri.sahartv.ir/news/İran-i303558-İran_kabildə_baş_verən_terror_aktını_pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Kabildə baş verən bu günkü terror aktını pisləyərək bu hücumu cinayətkar və qeyri-insani hücum adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 13:21 Asia/Baku
  • İran Kabildə baş verən terror aktını pisləyib
    İran Kabildə baş verən terror aktını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Kabildə baş verən bu günkü terror aktını pisləyərək bu hücumu cinayətkar və qeyri-insani hücum adlandırıb.

Terrorçu İŞİD qrupu bu gün Kabilin qərbində seçicilərin qeydiyyata alınması mərkəzinə hücum edərək 31 nəfərin həlak olması  57 nəfərin yaralanmasına səbəb olub. 

Bəhram Qasimi Əfqanıstan dövləti və xalqına eləcə də hadisədə həlak olanların ailələrinə başsğlığı verərək deyib: Qarşılıqlı, regional və beynəlxalq səviyyələrdə bütün sahələrdə müştərək səylər nəticəsində yaxın gələcəkdə terrorizmin bütün formalarının regionda və dünyada məhv olacağına ümid edirik. 

Bu günkü hücum son günlər ərzində Əfqanıstanda seçki ilə əlaqədar mərkəzlərə hücumların 5-cisi idi.