İran Yəmənin Ali Siyasi Şurası sədrinin şəhid olması ilə bağlı başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i304074-İran_yəmənin_ali_siyasi_Şurası_sədrinin_şəhid_olması_ilə_bağlı_başsağlığı_verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın şəhid olması ilə bağlı Yəmən xalqı və bu şuraya başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2018 19:52 Asia/Baku
  • İran Yəmənin Ali Siyasi Şurası sədrinin şəhid olması ilə bağlı başsağlığı verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın şəhid olması ilə bağlı Yəmən xalqı və bu şuraya başsağlığı verib.

Bəhram Qasimi çərşənbə axşamı günü Yəmənin səbirli və qeyrətli xalqının Ali-Səud rejiminin hərtərəfli təcavüzü qarşısındakı alqışalayiq müqavimətinə toxunaraq bildirib: Çox keçməyəcək ki, Yəmən xalqı öz müqaviməti və mücahidətinin şirin səmərəsini dadacaqdır. 

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad ötən cümə axşamı günü səudiyyəli təcavüzkar qırıcıların Hüdeydə vilayətinə hücumunda şəhid olub. 

Saleh Əs-Səmadın 6 nəfərlə birlikdə şəhid olması ardınca, Yəmənin Ali Siyasi Şurası üç günlük matəm elan edib.