Şəmxani: İran və Rusiya Suriyada terrorizm təhdidinin məhvində təyinedici rola malikdirlər
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi çərşənbə axşamı günü Soçi şəhərində Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə bildirib: İran və Rusiya Suriyada terrorizmin artan təhdidinin məhv edilməsində təyinedici rola malikdirlər.
İRNA-nın məlumatına görə, Əli Şəmxani bəzi ölkələrin Suriyadakı qeyri-qanuni hərbi iştirakına münasibət bildirib və deyib: Bu ölkələr məğlubiyyətə uğramış təkfirçi terrorçu cəbhənin gücləndirilməsi istiqamətində addım atırlar.
ABŞ və bəzi müttəfiqləri terror qruplaşmaları ilə mübarizə bəhanəsi ilə Suriyada qeyri-qanuni iştiraka malikdirlər. Vaşinqton və bəzi müttəfiqlərinin terrorizmlə mübarizə bəhanəsi ilə Suriyada qeyri-qanuni iştirakı ilə yanaşı qeyd edək ki, Tramp prezidentliyinin əvvəlində etiraf etdi ki, ABŞ Suriya və İraqda İŞİD kimi terror qruplaşmalarının yaranmasının əsas səbəbkarıdır.
Bu görüşdə Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də Rusiya və İranın müxtəlif sahələrdə münasibətlərinin inkişafda olduğunu bildirərək terrorizmlə mübarizədə İran və Rusiyanın yaxın təsirli əməkdaşlıq təcrübəsini Orta Asiya ölkələri arasında siyasi və təhlükəsizlik əməkdaşlıqları sahəsinə tətbiq etmək üçün uğurlu addım kimi qiymətləndirib və deyib: Bəzi ölkələr İran və Rusiyanın əməkdaşlığının uğur qazanmasından narahatdırlar və bu əməkdaşlığa zərbə vurmaq üçün hərtərəfli və şübhəli səyləri təşkilatlandırıblar.
Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi bildirib: ABŞ İran və Rusiyanın stabillik yaradan fəaliyyətlərini məhdudlaşdırmaq üçün iki ölkəyə iqtisadi və siyasi zərbələr vurmaq istiqamətində davamlı səyləri izləyir. Amma mütləq heç bir nəticəyə çatmayacaq.
Suriyada böhran 2011-ci ildən regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlandı. Onun ardınca Suriya İran və Rusiyadan terrorçularla mübarizədə Dəməşqə kömək etməsini istədi.