Zərif: Astana prosesi Suriyada davamlı sülhlə nəticələnə biləcək yeganə hərəkətdir
İran İslam Respublikası xarici işlər naziri şənbə gecə Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında deyib: Astana prosesi BMT və başqalarının əməkdaşlığı ilə Suriyada ədalətli və davamlı sülhlə nəticələnə biləcək yeganə hərəkətdir.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif beynəlxalq ictimaiyyətin Astana prosesi və Soçi iclasının qərarlarına əsasən siyasi həll yolunu dəstəkləməli olduğunu bildirərək xatırladıb: Suriya böhranı sadəcə siyasi yolla həll olunacaq.
İran xarici işlər naziri dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində Astana prosesinə zəmanət verən üç ölkənin həmişə Suriyanın suverenliyi, ərazi bütövlüyü, siyasi müstəqilliyi, milli birliyi kimi prinsipləri, eləcə də bu ölkə böhranının tez bir zamanda danışıqlar yolu ilə həll edilməsinə dəstəyi elan etdiyini bildirib.
Zərif həmçinin beynəlxalq ictimaiyyəti Suriyanın yenidən bərpa olunması üçün bu ölkə vətəndaşlarına təcili köməyə çağırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bu mətbuat konfransında deyib: Rusiya, İran və Türkiyə Suriyanın parçalanması üzrə səylərin qəbuledilməz olduğunu vurğulayırlar.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Astana prosesinin Suriya böhranının həlli üzrə dünyada yeganə uğurlu təşəbbüs olduğunu bildirərək xatırladıb: İran, Rusiya və Türkiyə Astana prosesi çərçivəsində aktiv şəkildə əməkdaşlıq edirlər.