İraqçı: Netanayhunun şousu gülünc və uşaqcasına idi
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini ötən gecə sionist rejim baş naziri Benyamin Netanyahunun İran əleyhinə yeni təbliğat şousuna reaksiyada bildirib: Bu şou gülünc və uşaqcasına idi.
Netanyahu bazar ertəsi gecə televiziya kamerası qarşısında bir neçə şəkil, kompakt disk və kağızı göstərdi və iddia etdi ki, İranın atom silahı istehsalı üçün gizli proqramı vardır.
Benyamin Netanyahu sionist rejim cəbbəxanalarında yüzlərlə nüvə başlığının saxlanmasına toxunmadan iddia edib ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramını imzaladıqdan sonra dünyaya yalan danışıb və atom silahlarının istehsalı proqramını gizlətmək üçün səylərini artırıb.
Netanyahunun gülünc təbliğatı ilə yanaşı qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu vurğulayıb.
İRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı Netanyahunun təqdim etdiyi sənədləri saxta adlandırıb və bildirib: Sionist rejim baş nazirinin bu hərəkəti ABŞ prezidenti Donald Trampın nüvə sazişi haqda qərarına təsir etmək üçün planlaşdırılmı teatr idi.
Tramp bundan öncə bildirib ki, 12 maya qədər ABŞ-ın nüvə anlaşmasından çıxması haqda qərar verəcək.
Netanyahunun bu iddiası amerikalıların İranın nüvə fəaliyyətləri adı altında öncələr irəli sürdükləri iddialardır. Halbuki həmin iddialar nüvə sazişində AEBA tərəfindən yığışdırıldı.
Netanyahunun iddiası ABŞ dövlət katibi Mayk Pompeonun işğal olunmuş Fələstinə səfərindən dərhal sonra irəli sürülüb, Trampın əliboş olduğunu və nüvə anlaşmasından çıxmaq üçün bəhanəyə ehtiyaclı olduğunu göstərir.
Netanyahu 6 il öncə BMT-də bir rəsm əsərini göstərərək iddia etmişdi ki, İran nüvə silahını əldə etməklə bağlı qırmızı xəttə çatmaqdadır.
Tramp həmişə nüvə sazişinin digər tərəflərinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli saziş adlandırıb və onun ləğv edilməsini istəyir. Netanyahu da Trampı dəstəkləyir. Lakin dünya ABŞ prezidentinin bu düşmənçi hərəkətinə qarşıdır.