May 04, 2018 09:24 Asia/Baku
  • Hüseyn Cabiri Ənsari
    Hüseyn Cabiri Ənsari

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi İtaliya paytaxtı Romada İran və Avropanın 4 ölkəsi arasında Yəmən böhranı haqda iclasdan sonra deyib: Bu danışıqlarda məqsəd Yəmən böhranın cəhətləri və bu böhrana həll yolu tapmaq üçün çalışmaqdır.

Hüseyn Cabiri Ənsari əlavə edib: Yəmən böhranı, əsasən də insani cəhətdən, dəhşətli hal alıb. və Yəmən xalqının insan faciəsi və səssiz ölümü müşahidə olunur. 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi xatırladıb: İran İslam Respublikasının regional siyasi məqsədlərindən biri Yəmən böhranına son qoymaqdır. 

Hüseyn Cabiri Ənsari bildirib: İranın Avropanın dörd ölkəsi ilə və Avropa Birliyi çərçivəsində danışıqları Yəmən böhranının həllinə kömək üzrə İranın səylər toplusuna daxildir. 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi əlavə edib: Yəmən böhranının hazırkı vəziyyətindən çıxmaq üçün ilkin lazımi addımlar olaraq etimad yaradan metodlar haqda Avropa tərəfləri ilə müsbət danışıqlar aparıldı. 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi həmçinin İran və Avropa Birliyi arasında Yəmən haqda danışıqların ilk turunun Almaniyanın Münhen şəhərində, ikinci turunun isə cümə axşamı günü Romada keçirildiyini bildirərək deyib: Danışıqların üçüncü turu mübarək Ramazan ayından sonra iyun ayının ikinci yarısında Brüssseldə keçiriləcək. 

Teqlər