May 07, 2018 12:12 Asia/Baku
  • Zərif: Amerika nüvə anlaşmasında yanlış qərara gələrsə, İranın münasib reaksiyası ilə üzləşəcək
    Zərif: Amerika nüvə anlaşmasında yanlış qərara gələrsə, İranın münasib reaksiyası ilə üzləşəcək

İran İslam Respublikasının xarici işlər naziri deyib: Amerika nüvə anlaşmasında yanlış qərara gələrsə, İranın münasib reaksiyası ilə üzləşəcəkdir.

Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası nüvə anlaşmasında öz maraqları əsasında qərar çıxarır. O, əlavə edib: Amerikanın qərarının xalqın yaşayışına təsir göstərməməsi üçün lazımi tədbirlər görülübdür.

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: İranın nüvə anlaşmasındakı maraqlarına zəmanət verilməlidir, əks təqdirdə, əgər Amerika müxtəlif üsullarla İran İslam Respublikasına iqtisadi təzyiqlər göstərmək istəyərsə, İran mütləq münasib reaksiya verəcəkdir.

Məhəmməd Cavad Zərif nüvə anlaşmasından çıxmanı İranın Amerikanın ehtimal olunan qərarları qarşısındakı seçimlərindən biri adlandırıb və belə əlavə edib: İran indiyədək nüvə anlaşmasına sadiq olub, amma əvəzində amerikalılar nüvə anlaşmasına sadiq olmayıblar ki, bu, amerikalıların etimadediləsi olmadıqlarını göstərir.

Teqlər