İslam ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsinin fövqəladə iclasının yekun bəyanatı
İslam Ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsinin bu gün Tehranda keçirilən fövqəladə iclasının sonunda bir bəyanat qəbul edilib. Bəyanatda Qüdsün paytaxt olması ilə müstəqil Fələstini ölkəsinin təsis edilməsi və fələstinli didərginlərin öz torpaqlarına qayıtmasna təkid edilib.
İslam Ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsinin bu gün Tehranda fövqəladə iclası keçirilib.
İclasın yekun bəyanatında ABŞ dövlətinin bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarı tənqid edilib. İslam Ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsi həmçinin sionistlərin işğalçılığına son qoymaq üzrə Fələstin xalqının mübarizəsini dəstəklədiyini bildirərək, Fələstin xalqının hüquqlarının təmin edilməsi və müstəqil Fələstin ölkəsinin təsis olunmasını istəyib.
Bəyanatda həmçinin deyilir: İslam ölkələri ixtilafları bir kənara qoyaraq, İslam Ümmətinin ümumi düşməni qarşısında birgə mübarizə aparılmalı və İslam Dünyasının bütün imkanlarının səfərbər edilməsi yolu ilə Fələstin xalqının qanuni və haqlı hüquqları təmin edilməlidir.
Bəyanatda həmçinin deyilir: İslam Ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsinin üzvləri İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasını da rədd edərək, sionist rejim qarşısında müqavimətə dəstəyin verilməsini vurğulayıblar.
Bu bəyanat həmçinin, BMT-nin Təhlükəsizlik Şurasından Fələstin xalqına qarşı törədilən zülm, zorakılıq və qırğınlar barədə araşdırmalar apararaq, cinayətkarları beynəlxalq qanunlar əsasında cəzalandırsın.
İslam Ölkələri Parlamentariləri Birliyinin Fələstin Komitəsi həmçinin, dünya ictimaiyyətindən sionist rejimə təzyiq göstərmək yolu ilə bu rejimin fələstinlilərə qarşı cinayətlərinin durdurulması, Qəzzənin mühasirəsinə son qoyulması və Fələstinin bütün sərhəd keçid məntəqələrini açmasına nail olmasını istəyib.