May 16, 2018 08:56 Asia/Baku
  • Zərif və Çavuşoğlu Fələstinin vəziyyətini müzakirə ediblər
    Zərif və Çavuşoğlu Fələstinin vəziyyətini müzakirə ediblər

İran İslam Respublikası və Türkiyə xarici işlər nazirləri arasında baş tutan telefon danışığında Fələstində yaranmış böhranlı durum xüsusilə, fələstinlilərin sionistlər tərəfindən qırğın edilməsi məsələsi barədə fikir mübadiləsi aparıblar.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu çərşənbə axşamı saxladıqları telefon əlaqəsində İslam Dünyasının Fələstin ətrafında yaranmış hazırkı həssas durumla bağlı birgə qərar qəbul etməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclas təşkil etməsinə təkid ediblər.

İran və Türkiyə xarici işlər nazirləri bu telefon danışığında həmçinin, İslam ölkələrinin beynəlxalq təşkilatlarda Fələstin xalqını himayə etməsinə təkid ediblər.

Teqlər