Avropa bankı İranda investisiya qoyur
-
Avropa bankı İranda investisiya qoyur
Avropa Birliyinin büdcə komissarı Vaşinqtonun İrana qarşı sanksiyalarına rəğmən İran İslam Respublikasında bank investisiyası həyata keçirəcəyindən xəbər verib.
Qunter Qetinger Alman radiosuna verdiyi açıqlamada Amerikanın İranla əməkdaşlıq edən ölkələrin də cəzalandırılacaqlarına dair bəyanatlarına toxunaraq deyib: Avropa Birliyi Vaşinqtonun hədə-qorxusuna əhəmiyyət vermədən yaxın günlərdə İranda bank investisiyası həyata keçirəcək.
Avropa Birliyinin büdcə komisseri deyib: ABŞ prezidenti Donald Tramp AB-nin amerikan bazarlara ehtyaclı olmadığını və əslində amerikanların Avropa bazarlarına ehtiyaclı olduqlarını başa düşməlidir.
Tramp 8 mayda İranla nüvə sazişindən çıxdı amma Avropa Birliyi nüvə sazişinin Amerikasız da davam etməsinə təkid etdi.