May 26, 2018 17:08 Asia/Baku
  • Zərif Avropa ilə raket və regional müzakirəni təkzib etdi
    Zərif Avropa ilə raket və regional müzakirəni təkzib etdi

İran xarici işlər naziri avropalılarla İranın raket proqramı və regional nüfuzu haqda müzakirənin aparılmasını təkzib edərək deyib: Avropa Birliyi də bu halı təkzib etdi və əslində bu addım sionist rejimin psixoloji əməliyyatıdır və bu yalan xəbərləri yaymaqla məşğuldur.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Təsnim Xəbər Agentliyi ilə müsahibədə bildirib: İran İslam Respublikası dəfələrlə vurğulayıb ki, sırf nüvə sazişi ilə bağlı müzakirə aparır və nüvə sazişindən kənar heç bir addım atmayacaq.

Zərif Avropa Birliyi, Rusiya və Çinin İrana təkliflərinə toxunaraq deyib: İran İslam Respublikası bu təklifləri araşdırır və nüvə sazişində qalmaq haqda qərar verəcək.

Teqlər