İslam inqilabının böyük rəhbəri: Düşmənlərin qarabasması yozulmayacaq
İslam inqilabının böyük rəhbəri Avropa ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə İranla müzakirələrinə toxunaraq deyib: İran xalqı və dövləti nüvə sanksiyaları və məhdudiyyətləri ilə razılaşmır və düşmənlərin nüvə sazişi barədə qarabasması yozulmayacaq.
İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün Həzrət İmam Xomeyninin(r.ə) vəfatının 29-cü ildönümü günü mərasimində İran İslam Respublikası banisinin minlərlə vurğunu toplusunda etdiyi çıxışında İranın Atom Enerjisi Təşkilatını ƏMTP çərçivəsində sabahdan 190 min su-ya çatmaq üçün lazımı hazırlıqlar görməyə əmr ediblər.
İslam inqilabının böyük rəhbəri bildiriblər: Bu gün düşməndən İran İslam Respublikasına qarşı baş verənlər güc nişanəsi deyil, İran xalqının tərəqqisi, əzəməti və müqavimətinə görədir.
Həzrət Ayətullahül-üzma Xamenei raket gücünün İranın önləyicilik gücü olduğunu bildirərək xatırladıblar: Müxtəlif raketlərin istehsalı və raket gücü islami İranın gücünə səbəb olur, düşmən bilir ki, birini vurarsa, onu vurulacaq.
İslam inqilabının böyük rəhbəri ümumdünya Qüds gününə toxunaraq bildiriblər: Bu ilki Qüds günü ötən ildəkilərdən daha əzəmətli keçiriləcək.
İslam İnqilabının böyük rəhbəri İranın regionda məzlum ölkələra və müqavimət qüvvələrinə dəstəyini davam etdirəcəyini xatırladaraq bildiriblər: İran məzlum Fələstin xalqının kənarında durub və Suriyada müqavimət məhvərini himayə edir.