İran rəsmisi Avropa Birliyinə xəbərdarlıq edib
-
İran rəsmisi Avropa Birliyinə xəbərdarlıq edib
İran İslam Respublikasının Avropa Birliyindəki səfiri Avropa ölkələrinə İranın təmkinli rəftarını yanlış anlamamağa çağırıb.
İranın AB-dəki səfiri Euronews-a verdiyi yazılı müsahibədə Avropa ölkələrinə Əhatəli Müştərək Təşəbbüs Proqramının məhv olmasının geniş və təhlükəli nəticələrə gətirib çıxaracağına, Yaxın Şərqdə nəzarətdən çıxan münaqişəyə səbəb olacağına dair xəbərdarlıq edərək yazıb: İranın təmkinlik göstərməsini səhv başa düşməyiniz.
Euronews-un internet portalının verdiyi məlumata görə, İranın Brüsseldəki səfiri Peyman Səadət Avropa ölkələrinə üzünü tutaraq bildirib ki, Avropa Amerika qarşısında durmalıdır və ABŞ prezidenti Donald Trampın ƏMTP-ni məhv etməyə dair hərəkətlərinin qarşısını almalıdır.
Peyman Səadət bildirib: Bu razılaşmanın qorunub-saxlanılmasının yeganə yolu, qalan bütün tərəflər arasında sıx və münasib təşəbbüslərin həyata keçirilməsindən ibarətdir.
İranın Brüsseldəki səfiri deyib: Bu razılaşma Amerika olmadan da davam edə bilər, amma bunun üçün iqtisadi nailiyyətlərin reallaşması istiqamətdə İrana lazımi təzminatlar verilməlidir.