İslami İranda fəzilətli Qədr gecələrinin 3-cü əhya mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i311590-İslami_İranda_fəzilətli_qədr_gecələrinin_3_cü_əhya_mərasimi_keçirilib
Fəzilətli Qədr gecələrinin 3-cü gecəsinin əhya mərasimi İranın hər bir yerində mömin vətəndaşların irimiqyaslı iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 04:58 Asia/Baku
  • İslami İranda fəzilətli Qədr gecələrinin 3-cü əhya mərasimi keçirilib
    İslami İranda fəzilətli Qədr gecələrinin 3-cü əhya mərasimi keçirilib

Fəzilətli Qədr gecələrinin 3-cü gecəsinin əhya mərasimi İranın hər bir yerində mömin vətəndaşların irimiqyaslı iştirakı ilə keçirilib.

İmamət və vilayət aşiqləri cümə axşamı gecə mübarək Ramazan ayının 23-cü gecəsində İranın hər bir yerində məscidlər, təkyələr, hüseyniyyələr, mübarək məkanlarda bir araya gəlib, Quranı obaşdanadək qiraət edib, əl-Qous əl-Qous səslənib, Coşən-Kəbir duası və ilahi adları zümzümə ediblər. 

Əhli-Beyt (ə) məddahları da dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahının səhnləri zəvvarlarla dolu olub. Uzaq və yaxından gələn zəvvarlar başa Quran-Kərimi tutub, Allah-taala ilə raz-niyaz edib və mübarək Ramazan ayının 23-cü gecəsinə özünəməxsus mənəviyyat dolu anlar bəxş ediblər. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların ibadətlərinin qəbul olmasını diləyərk şiələrin 1-ci imamı və ədalətsevərlərin öncülü Həzrət Əlinin (ə) şəhadəti günləri ilə bağlı başsağlığı verir.