İyun 08, 2018 19:02 Asia/Baku
  • Dünya KİV-i İran xalqının Ümumdünya Qüds Günü yürüşündəki iştirakını işıqlandırıb
    Dünya KİV-i İran xalqının Ümumdünya Qüds Günü yürüşündəki iştirakını işıqlandırıb

İran xalqının Ümumdünya Qüds Günü yürüşündə möhtəşəm və milyonluq iştirakı dünya və regionun müxtəlif Kütləvi İnformasiya Vasitələrində geniş şəkildə işıqlandırılıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, minlərlə iranlı cümə günü fələstinlilərə dəstək yürüşü keçirdi, "İsrailə ölüm!" və "ABŞ-a ölüm!" şüarları səsləndirdi və onların bayraqlarını yandırdı. 

Associated Press də yazıb: İranlılar "İsrailə ölüm!" şüarları səsləndirərək Beytül-Müqəddəsin işğalına etirazlarını bildiriblər. 

Röyters İnformasiya Agentliyi də İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin çıxışına yer ayırıb. 

Rusiyanın Sputnik İnformasiya Agentliyi də yazıb: Ümumdünya Qüds Günü yürüşü İranın yüksək səviyyəli rəsmiləri, ərəb və islam ölkələrinin Tehrandakı səfirlərindən bir qrupunun iştirakı ilə keçirilib. 

Sionist rejimin KİV-i, o cümlədən Yediot Ahronot nəşri, Oruts Şu portalı, I24 News televiziyası, Times İsrail portalı, Yerusalem Post qəzeti, Haarets qəzeti, İsrail Hiom nəşri İran xalqının Ümumdünya Qüds Günü yürüşündəki irimiqyaslı iştirakını əks etdirərək bildiriblər ki, iranlılar Qüdsün işğalını pisləyərək İsrailə ölüm şüarı veriblər. 

İranda Ümumdünya Qüds Günü yürüşlərinin regionun Kütləvi İnformasiya Vasitələrində əks olunmasına rəğmən, bəzi ərəb ölkələri, o cümlədən Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn KİV-i sükut edərək sionist rejimlə dostluq etmək və Fələstin amalına arxa çevirməkdə qətiyyətli iradəyə malik olduqlarını göstəriblər. 

Teqlər