İranın sərhəd qoşunları komandanı: İİR sərhədləri tam təhlükəsizlikdədir
https://azeri.sahartv.ir/news/İran-i312926-İranın_sərhəd_qoşunları_komandanı_İİr_sərhədləri_tam_təhlükəsizlikdədir
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı deyib: Dünya imperializminin bütün təhdidlərinə rəğmən, İran İslam Respublikasının sərhədləri tam təhlükəsizlikdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 10:24 Asia/Baku
  • İranın sərhəd qoşunları komandanı: İİR sərhədləri tam təhlükəsizlikdədir

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı deyib: Dünya imperializminin bütün təhdidlərinə rəğmən, İran İslam Respublikasının sərhədləri tam təhlükəsizlikdədir.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı general-mayor pasdar Qasem Rezayi dünən, son günlər və qədr gecələri ilə bir zamanda Sərdəşt sərhəd polkunda şəhid olmuş Ərdəbil sərhədçilərindən iki şəhidin mənzilində olaraq, əlavə edib: Sərhəd qoşunlarının şəhidləri regionun hazırkı şəraitində sözün əsl mənasında, İran xalqının hörmətini artırmış təhlükəsizlik, sülh və sabitliyin elçiləridirlər. 

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı söyləyib: Sərhədçilər gecə-gündüz tam sayıqlıqla xalq və ölkənin təhlükəsizliyi və sərhədlərini müdafiə edirlər və heç vaxt alçaq düşmənlərə ölkə sərhədlərinə təcavüz etmək icazəsi verməyəcəklər.

Ötən həftə Həzrət Əli(ə)-ın şəhadəti gecəsində ölkədə təhlükəsizlik və asayişə xələl gətirmək və əmin-amansızlıq yaratmaq üçün İraqdan olan təqribən iyirmi quldur Sərdəşt sərhədindən İrana daxil olmaq istəyib, lakin İranın qərb sərhəd nöqtəsində sərhəd qüvvələrinin səyləri ilə ağır xəsarətə düçar olaraq, qaçmağa məcbur olubdur.