İyun 21, 2018 18:03 Asia/Baku
  • Zəngənə: Amerikalılar tezliklə öz yanlışlıqlarını anlayacaqlar

İranın neft naziri ABŞ-ın İrana təzyiq göstərməyə səy göstərməsinin son həftələrdə neftin qiymətinin artmasının əsas amili olduğunu bildirərək deyib: Amerikalılar tezliklə öz metodlarının yararsızlığını anlayacaqlar.

İRİB-in məlumatına görə, Bijən Namdar Zəngənə OPEK-in 7-ci beynəlxalq seminarında neft bazarındakı son drum və onun qiymətinin bahalaşmasını ABŞ prezidenti və bu ölkə hökumətinin davranışlarının nəticəsi adlandırıb və deyib: ABŞ-ın nüvə sazişindən çıxmasından sonra, neftin qiyməti bir həftədə 6 dollar bahalaşıb. Bu o deməkdir ki, regionda siyasi gərginlik və bazardakı naməlum vəziyyət Birləşmiş Ştatların yanlış siyasi davranışlarının nəticəsidir. 

Zəngənə həmçinin İranın neft ixracının kəskin şəkildə azalması haqda bəzi proqnozlara reaksiyada deyib: İran neftini satın alan ölkələrə ABŞ-ın təzyiqlər göstərməsinə rəğmən öz ixrac səviyyəmizi qorumağa çalışırıq. 

OPEK-in 2 günlük 7-ci seminarı dövlətlər, şirkətlər və elmi dairələrin nümayəndələri və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə çərşənbə günü Vyanada işə başlayıb. 

Teqlər