İyun 24, 2018 09:31 Asia/Baku
  • Behruz Neməti - İran İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü
    Behruz Neməti - İran İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü

İran İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü deyib: İran İslam Respublikası sanksiyaların tətbiq edilməsindən sonra da neft ixracatı həcmini 2 milyon barel həddində qoruyacaq.

İRİB-nin verdiyi məlumata görə, Behruz Neməti İran nefti üçün daim müştərilərin mövcud olduğunu deyərək, əlavə edib: Sanksiyaların tətbiq edilməsi və ya edilməməsindən asılı olmayaraq, İran iki milyon barel neft ixracatını qoruyacaq. 

Neməti bəzi müştərilərin İrandan neft almaqdan imtina edəcəkləri təqdirdə, İran nefti üçün başqa müştərilərin olduğuna işarə edərək, deyib: İstənilən halda İranın neft ixracatı həcmi stabil qaydada 2 milyon barel civarında qorunub saxlanılacaq. 

İran İslam Respublikasının neft naziri Bijən Zəngənə də jurnalistlərə deyib: İran İslam Respublikası may ayında gündəlik 2.8 milyon barel olan neft ixracatını hazırda 2.5 milyon barelə azaldıb. 

ABŞ prezidenti Donald Tramp İran ilə nüvə anlaşmasından çıxmaqla yanaşı, İrana qarşı bütün nüvə sanksiyalarının yenidən bərpa edilməsindən xəbər verib. Bu isə İran iqtisadiyyatının bir çox sahəsinə o cümlədən neft sektoruna ciddi mənfi təsirlər göstərə bilər. 

Teqlər