İran 14 ölkədə humanitar fəaliyyət göstərir
İranın Qırmızı Aypara Cəmiyyətinin səhiyyə, müalicə və reabilitasiya məsələləri üzrə müavini İranın 14 ölkədə humanitar fəaliyyətlər göstərdiyini bildirib.
İRNA-nın məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin səhiyyə, müalicə və reabilitasiya məsələləri üzrə müavini Həsən Səffariyyə çərşənbə axşamı günü deyib: Qırmızı Aypara Cəmiyyətinin ölkədən kənar sağlamlıq üzrə baş idarəsi verilən tapşırıq və məqsədlərə əsasən, bacarıqlı insan resursundan istifadə etməklə hazırda 8 Afrika ölkəsi, 2 Latın Amerikası, 4 qonşu ölkədə humanitar və insanların sağlamlıqları ilə əlaqədar proqramları icra etməkdədir.
Səffariyyə bildirib: Qırmızı Aypara Cəmiyyətində reabilitasiya 55 illik keçmişə malikdir. Qırmızı Aypara Cəmiyyəti illərdir bu sahədə müraciətlərə əsasən faydalı və effektiv fəaliyyətlər göstərməkdədir.