Avq 05, 2018 09:52 Asia/Baku
  • 
Cahangiri:
    Cahangiri: "Həmədan2018" olayı İranı dünyaya tanıtdırmaq üçün münasib fürsətdir

İran İslam Respublikası prezidentinin birinci müavini bütün rəsmilərin Həmədanın tanıtdırılmasına çalışmalı olduğunu bildirib və deyib: Həmədanın 2018-ci il üçün Asiya ölkələrinin turizm paytaxtı elan olunması İranı dünyaya tanıtdırmaq üçün yaxşı fürsətdir.

İRNA-nın məlumatına görə, Cahangiri Həmədan vilayətinin müxtəlif tarixi və turizm potensiallarına malik olduğunu bildirib və deyib: Həmədanın tarixi abidələri və mədəni irsi, əl işləri sənayesi və məşhur şəxsiyyətləri bu vilayətin turizm cazibədarlıqlarından sayılır. 

Həmədan 2019-ci ildə Asiya ölkələrinin turizm nazirlərinin iclasına ev sahibliyi edəcək. Həmçinin, Beynəlxalq Turizm Təşkilatının dövrü iclası da Həmədanda keçiriləcək. 

Teqlər