Avq 23, 2018 16:22 Asia/Baku
  • Qasimi: Tramp fərqli baxışlarla qarşı-qarşıyadır
    Qasimi: Tramp fərqli baxışlarla qarşı-qarşıyadır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: ABŞ prezidenti tək başına istədiyini həyata keçirə bilmir ona görə ki, müxtəlif ölkələr və ayrı-ayrı baxış tərzləri ilə üz-üzədir.

İİR XİN sözçüsü bu gün İRİB-ə verdiyi açıqlamada deyib: Amerikanın nüvə sazişindən çıxmasından sonra , ABŞ prezidenti Donadl Trampın siyasətləri daha artıq təcrid vəziyyətindədir ona görə ki, ABŞ məsləhətəşmədən və BMT qətnamələrinə və öz müttəfiqlərinin mövqelərinə etina etmədən beynəlxalq bir öhdəliyini pozmuş olub. 

İİR XİN sözçüsü deyib: Heç şübhəsiz ki, digər ölkələrin xüsusiylə Avropa Birliyi ölkələrinin siyasətləri beynəlalq əlaqələrə təsirli olacaq və müəyyən həddə Trampın siyasətlərini mötədilləşdirə onu bu günkü dünaynın, Orta şərqin və qərbi Asiya və İranın reallıqları ilə tanış edə bilər. 

Qasimi Amerika alimləri və ABŞ dövləti arasındakı münasibətlərə ciddi şəkildə yenidən baxılmasının vacibliyini vurğulayaraq deyib: Digər ölkələr xüsusiylə Avropa Birliyi və Rusiya, Çin və başqaları da Amerikanın İrana qarşı və beynəlxalq səhnədəki rəftarlarına təsir buraxa bilərlər. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Əsas budur ki, amerikalı dövlər rəsmiləri Amerika üçün ən əlverişli şəraitin nüvə sazişinə qayıtmaq və Amerikanın bu saziş çərçivəsindəki öhdəliklərinə sadiq qalmaq həmçinin bu ölkənin adətən məğlubiyyətlə nəticələnən sanksiya vərdişindən əl çəkmək olduğunu başa düşsünlər. 

Teqlər