Avq 28, 2018 16:54 Asia/Baku
  • Ruhani: Cavabdeh olmaq İİR rəsmilərinin ən yüksək qüvvət nöqtəsidir

İran İslam Respublikasının prezidenti deyib ki, cavabdeh olmaq İran İslam Respublikası quruluşu rəsmilərinin ən yüksək qüvvət nöqtəsidir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İran İslam Şurası Məclisinin açıq iclasında prezidentdən sual iclasında deyib: Heç kəs fikirləşmir ki, cavabdeh olmaq, zəif cəhətdir, əksinə bütün rəsmilər qanun və öz vəzifələri çərçivəsində cavabdeh olmalıdırlar.

İran İslam Respublikasının prezidenti vurğulayıb: İranın şərəfli xalqından, İranın dünyadakı dostlarından və İran İslam Respublikası düşmənlərindən heç kəs zənn etməsin ki, bu gün məclis ilə dövlət arasında aralanmanın başlanğıcıdır. Məclis və dövlətin çiynində böyük bir hədəf durur və onlar bu məsuliyyəti birlikdə mənzilə çatdıracaqlar.

İranın icra hakimiyyətinin başçısı deyib: Xalqın soruşmağa haqqı var. Bu xalq on birinci dövlətdə dörd il boyu və on ikinci dövlətin ilk aylarında iqtisadiyyat, mədəniyyət, ictimai məsələlər, milli təhlükəsizlik, daxili və xarici siyasətdə müsbət dəyişikliklərin şahidi olub. O, əlavə edib: Bu gün onun üçün belə bir mühüm sual yaranıb: Nə olubdur ki, xalqımız öz ölkəsi və həyatının gələcəyindən nigaran olmalıdır.

"Xalqa izah edilməlidir ki, problemlər Rəhbərin istiqamətləndirmələri, üç hakimiyyət qüvvəsi və silahlı qüvvələrin koordinasiyası ilə həll ediləcək" deyən İran İslam Respublikasının prezidenti böyük İran xalqına xitabən bildirib: Dövlət Amerikanın fitnələrini zərərsizləşdirməyə çalışacaq.

Ruhani əlavə edib: Amerikanın dövlət başçıları zənn etməsinlər ki, İslam Şurası Məclisinin bugünkü iclasının başa çatması ilə sevinəcəklər. Bilsinlər ki, bugünkü iclasın başa çatmasından qəmgin olacaqlar, çünki bugünkü iclasın başa çatması, məclis ilə dövlət, İslam İnqilabının Böyük Rəhbərinin rəhbərliyi və nəzarəti altında olan silahlı qüvvələr ilə məhkəmə hakimiyyəti arasında daha yüksək birliyə gətirib çıxaracaqdır.

Teqlər