Avq 29, 2018 19:03 Asia/Baku
  • Ruhani: Amerika heç bir öhdəliyinə sadiq deyil
    Ruhani: Amerika heç bir öhdəliyinə sadiq deyil

İran İslam Respublikası prezidenti Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: Amerika bütün beynəlxalq qanunlara zidd olan İrana sanksiyalar tətbiq edən dövlət olaraq heç bir öhdəliyə sadiq deyil.

Həsən Ruhani bu gün nazirlər kabinetinin islam inqilabının böyük rəhbəri ilə görüşündə amerikanların məqsədinin iqtisadi təzyiqə məhdud olmadığını və bir daha İrana qayıdaraq ölkəni istelaya almaq istədiklərini bildirərək deyib: Onlar yenidən İranın müstəqilliyini ayaqlamaq və İran xalqına ağalıq etmək istəyirlər amma İran heç vaxt bununla razılaşmayacaq və öz müqaviməti ilə bunu dünyaya nümayiş etdirəcək. 

Ruhani deyib: İran xalqı islam inqilabının böyük rəhbərinin arxasında dayanıb və onun hidayəti ilə düşmənlərin məkirli planlarının reallaşmasına imkan verməyəcək. 

İran İslam Respublikası prezidenti həmçinin hökumətin həyata keçridiyi proqramları barədə bir hesabat təqdim edərək buğda və şəkərin istehsalında ölkənin özünü idarə səviyyəsinə çatmasını , Cənubi Pars yatağında qazın istehsalının 90 faiz reallaşmasını, müştərək ehtiyatlardan neft istehsalının artırılması, nəqliyyat donanmasının yenidən bərpası, qeyri-neft istehsalın həcminin iki qart artması və ölkənin daha çox qeyri-neft ixracata arxalanmasını İran hökumətinin son beş ildəki əsas nailiyyətləri adlandırıb. 

Teqlər