Sen 05, 2018 15:01 Asia/Baku
  • Ərbəin mərasimində İran ilə İraq arasında əməkdaşlıq
    Ərbəin mərasimində İran ilə İraq arasında əməkdaşlıq

İran İslam Respublikası daxili işlər naziri Əbdürriza Rəhmani Fəzli və onun iraqlı həmkarı Qasım Əl-Ərəci bu gün Bağdadda Ərbəin mərasimində iki ölkənin əməkdaşlığı barədə anlaşma sənədi imzalayıblr.

İRNA-nın verdiyi məlumata görə, bu razılaşma sənədinin imzalanma mərasimində İranın Bağdaddakı səfiri İrəc Məscidi İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari və İranın sərhəd qoşunlarının komandanı General Qasım Rzayi də iştirak ediblər. 

Əbdürrza Rəhmani bu gün səhər İraqa daxil olub və Bağdad Aeroportuna daxil olarkən İraqın daxili işlər naziri Qasım Əl-Ərci tərəfindən qarşılanıb. 

Hər il 4 milyon iranlı zəvvar İraqda müqəddəs məkanları ziyarət üçün bu ölkəyə səfər edir və bu sayda səfərin böyük hissəsi imam Hüseynin(ə) ərbəin mərasiminə aiddir. 

2 milyon iraqlı da hər il səyahət və müalicə məqsədi ilə İrana səfər edir. 

Teqlər