Abdullahiyan: Hücumda əcnəbilərin rolu olub
Sen 09, 2018 13:04 Asia/Baku
İran parlament sədrinin köməkçisi İranın Bəsrədəki konsulluğuna hücumda xarici amillərin rolunun qabarıq olduğunu bildirib.
Hüseyn Əmir Abdullahiyan bu gün tvitterdə yazıb ki, ingilis şiəsi və Səudiyyə vəhabiliyinin İraqı iğtişaşa sürükləməsinə imkan verilməməlidir.
O Tehran-Bağdad əlaqələrinin strateji xarakter daşıdığını vurğulayıb.
Cümə gün bir qrup Bəsrədə İranın konsulluğuna hücum edərək binanı yandırıb.