Sen 25, 2018 09:44 Asia/Baku
  • İranın Təhlükəsizlik Nazirliyi: Terror aktını törədənlərin kimliyi müəyyənləşdirilib
    İranın Təhlükəsizlik Nazirliyi: Terror aktını törədənlərin kimliyi müəyyənləşdirilib

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi dünən gecə bir bəyanatda Əhvazda törədilmiş terror aktının amillərinin kimliyinin və terrorçuların fəaliyyət göstərdikləri mərkəzin müəyyənləşdirilməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, İİR Təhlükəsilİk Nazirliyi bəyanatda bildirib: Əhvazdakı terror aktından dərhal sonra başladılmış araşdırmalar nəticəsində irticaçı ərəb ölkələri tərəfindən dəstəklənən təkfirçi separatçı qrupların tabeliyində olan 5 nəfərlik terror qrupunun kimliyi müəyyənləşdirilib və bu terrorçuların mərkəzi aşkar edilib. 

İranın Təhlükəsizlik Nazirliyi həmçinin bu hadisədə rolu olmuş 22 nəfərin saxlanılmasından xəbər verərək bildirib ki, terrorçuların əcnəbi himayədarları və yönəlticiləri də müəyyənləşdirilib. 

İranın Təhlükəsilzik Nazirliyinin bildirdiyinə görə, terroristlərin fəaliyyət mərkəzindən partlayıcı maddələr, hərbi ləvazimatlar və əlaqə təchizatları aşkar və zəbt edilib. 

İranın Təhlükəsizlik Nazirliyi bildirib ki, İslam İnqilabının Keşikçiləri Korpusu, İran İslam Respublikası ordusu, nizam intizam qüvvələri və Məhkəmə Hakimiyyəti ilə birlikdə Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərini yerinə yetirmək istiqamətində terrorçu qruplar və onların tabeliyində olan ünsürləri regionun və dünyanın hər bir yerində olursa olsun təqib edəcək və cəzalandıracaqdır. 

Teqlər