Ruhani: ABŞ-ın səhv siyasəti məğlub olacaq
İran İslam Respublikası prezidenti dünən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş asambleyasının 73-cü sesiyasında etdiyi çıxışında Əhatəli Müştərək Təşəbbüs Proqramının saxta bir böhranı aradan qaldırmaq üçün on il müddətində diplomatik səylərin və sız müzakirələrin məhsulu olduğunu bildirərək deyib: Amerika beynəlxalq qanunlar və hüquqa zidd olaraq Təhlükəsizlik Şurasının da təsdiq etdiyi çox tərəfli bir razılaşmadan çıxdı.
İRNA-nın verdiyi məlumata görə, Həsən Ruhani Amerikanın beynəlxalq əlaqələrdən olan anlayışının təkəbbürlü olduğunu bildirib və deyib: BMT öz qərarlarının bəzi üzvlərin seçki oyunları və təbliğatlarının girovuna çevrilməsinə imkan verməməlidir.
İİR prezidenti ABŞ dövlətinin İrana qarşı səhv siyasətinin məğlubiyyətə məhkum olduğunu bildirərək deyib: İran İslam Respublikasının xarici siyasət strategiyası daima multilateralizmə və tanınmış beynəlxalq hüquqa əsaslanıb.
Ruhani ABŞ rəsmilərinin İranla müzakirə barədəki təbliğat jestlərinə də işarə edərək deyib: İran sözünü tutmayan ABŞ dövləti ilə hansı meyar əsasında yenidən əhd edə bilər?
İİR prezidenti deyib: Hərhansı müzakirə ƏMTP-nin və Təhlükəsilzik Şurasının 2231 saylı qətnaməsinin əksinə deyil onun davamında olmalıdır və keçmişə qayıdış böyük irticadır.
Ruhani İranın siyasətinin nə hərb, nə sanksiya, nə təhdid, nə zorakılıq, sadəcə əhdə vəfa və qanunu yerinə yetirmək olduğunu bildirərək deyib: İran bütün Orta şərq regionunda sülh və demokratiyanı himayə edir.
Ruhani İranın regiondakı terrorizm ilə mübarizəsinə toxunaraq deyib: İranlılar terrorizmin dünən və bu günkü qurbanları olaraq daima terrorizm ilə mübarizənin ön sırasında olub və bundan sonra da belə olacaqdır.
İİR prezidenti xatırladıb: Tam həyasızlıqla bəzi qərb paytaxtlarından və qərbdə neft dollarları ilə idarə olunan mediyalarla müsahibədə məsuliyyəti qəbul edilmiş şənbə günü baş verən terror aktında onlarla günahsız insanın şəhadətinə görə bu gün İran xalqı matəm içindədir.
Ruhani həmçinin qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi və daha stabil və daha inkişaf etmiş regionun yaradılmasının İranın xarici siyasətinin əsas prioritetini təşkil etdiyini bildirərək deyib: İran beynəlxalq məsələlərə sülhsevər baxışa malik olub və heç bir ölkə ilə müharibə niyyətində olmayıb və olmayacaq.
Ruhani İranın siyasətdə deyil öz mədəniyyət və sivilizasiyasında imperiya olduğunu bildirərək dünya ölkələrinin rəhbərlərinə xitabən deyib: Sülh amalınızdırsa, dünyanın İrandan daha yaxşı dostu olmayacaqdır.