İranın neft naziri : Neftin bahalaşmasının səbəbkarı Amerikadır
İranın neft naziri ABŞ prezidentinin təxribatçı siyasətlərinin neftin qiymtinin bahalaşması və neft bazarının destabilləşməsinin əsas amili adlandırıb.
İRİB-in verdiyi məlumata görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün tehranda neft ixrac edən ölkələr təşkilatının (OPEC) var gücü ilə neft bazarında stabillik yaratmağa səy göstərdiyini bildirərək deyib: ABŞ prezidenti Donald Tramp bazar qiymətində artım olmadan İranın neft ixracatındakı payının ciddi azalmasına cəhd edir halbuki belə ola bilməz.
Zəngənə neftin qiymətinin artması və neft bazarındakı destabilliyin aradan qaldırılması üçün Amerikanın Asiyanın qərbində yersiz və böhrana səbəb olan müdaxilələrindən əl çəkməli olduğunu bildirərək deyib: Amerika prezidenti İranın neft ixracatına mane olmamalıdır və buna avropalılar da təkid edirlər.
İranın neft naziri deyib: Hal hazırda istehsalçıların heç biri hazırkı istehsalından əlavə neft istehsal etməyə qadir deyil.
Zəngənə 4+1-in bəyanatının İranın neft ixracatına mümkün təsiri barədə deyib: Bu bəyanatı hər iki tərəf icra etməlidir bu sahədə siyasi iradə də var və avropalılar onu həyata keçirmək üçün ciddidirlər