İran və Malayziya həmkarlıqların genişləndirilməsini vurğulayıblar
İran İslam Respublikasının prezidenti iki ölkə xalqlarının maraqları istiqamətində Tehran-Kuala-Lumpur həmkarlıqlarının genişləndirilməsini vurğulayıb.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən Nyu-Yorkda Malayziyanın baş naziri Mahatir Muhəmməd ilə görüşdə iki ölkənin müxtəlif sahələrdə, o sıradan enerji sahəsindəki əlaqərləinə, eləcə də elmi həmkarlıqlar və tələbə mübadiləsinə toxunaraq, sənaye, kənd təsərrüfatı, dəmiryolu və limanlar, rabitə, iqtisadiyyat və ticarət sahələrindəki ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsini alqışlayıbdır.
Ruhani bank əlaqələrini, münasibətlərin digər sektorlarda, o sıradan turizm, investisiya və İran-Malayziya ticari və iqtisadi həmkarlıqlarının genişləndirilməsində önəmli sayıb və belə deyib: İki ölkənin yüksək vəzifəli rəsmilərinin ikitərəfli həmkarlıq və münasibətlərin hərtərəfli inkişafı üzrə iradə və əzmakarlıqları Tehran-Kuala-Lumpur əlaqələrində dəyərli bir sərmayədir.
İran İslam Respublikasının prezidenti həmçinin Fələstin və Yəmən daxil olmaqla islami cəmiyyətlərdə bəzi ölkələrin cinayətlərinə toxunaraq, deyib: İslami ölkələrin zorakılıq və terrorizm ilə mübarizə üzrə həmkarlıqlarının genişlənməsi beynəlxalq sabitlik və təhlükəsizliyin xeyrinədir.
Mahatir Muhəmməd də iki ölkənin inkişafda olan əlaqə və əməkdaşlıqlarına işarə edərək, xüsusən ticarət və investisiya sahələrində münasibətlərin gücləndirilməsi üzrə səyə təkid edib.
Müsəlman ölkələrindəki kədərli insan faciələri və hadisələrindən təəssüf ifadə edən Malayziyanın baş naziri söyləyib: İcazə vermək olmaz ki, islami ölkələr arasındakı ixtilaflar müsəlmanlara qarşı zorakılıq və ekstremizmin genişlənməsinə səbəb olmuş olsun.